Neyroşəbəkə insan kütləsində silahlı şəxsləri axtaracaq


Digərləri 13 Noy 2018 07:31:00 254 0

Neyroşəbəkə insan kütləsində silahlı şəxsləri axtaracaq

ABŞ-ın "Athena Security" startapı insan kütləsində silahlı şəxsi aşkarlayan neyron şəbəkə icad edib. Sistemdən ilk növbədə ABŞ məktəblərində istifadə planlaşdırılır.

Son.az ICTnews-a istinadən bildirir ki, xüsusi alqoritm insan axınında silaha malik şəxsi müəyyənləşdirə bilir. Bunun üçün sistem müşahidə kameralarına qoşularaq insanların xarici görünüşünü və davranışını analiz edir. Neyroşəbəkə şübhəli şəxsi aşkarlayan zaman polisə bu barədə məlumat verəcək.    

Sistem Pensilvaniya ştatında yerləşən Vud orta məktəbində sınaqdan keçirilib. "Athena Security" nümayəndələrinin sözlərinə görə, sistem girişdə axtarışın aparılması və metal detoktorlarının quraşdırılması ilə müqayisədə daha "yumşaq" nəzarət mexanizmidir.