İran Mərkəzi Bankı SWIFT sistemindən kənarlaşdırılıb


Digərləri 13 Noy 2018 07:33:00 303 0

İran Mərkəzi Bankı SWIFT sistemindən kənarlaşdırılıb

Beynəlxalq banklararası informasiyaların ötürülməsini və ödənişlərin keçirilməsini həyata keçirən SWIFT ABŞ-ın sanksiyalar siyahısına daxil olan İranın Mərkəzi Bankının və digər təşkilatların öz sistemindən kənarlaşdırması barədə Vaşinqtonu məlumatlandırıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ABŞ-ın maliyyə nazirinin müavini Siqal Mandelker bildirib.

O, xəbərdarlıq edib ki, Amerika İslam Respublikasına qarşı öz sanksiyalarını ciddi şəkildə həyata keçirmək niyyətindədir və İrana qarşı təzyiq üçün əlavə tədbirlər görəcək.