Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 12 Noy 2018 23:40:00 227 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 70,95 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,48 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 69,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,59 dollar/barel azdır.