Ekspertlər piylənmə ilə yuxuda tənəffüsün dayanması arasında əlaqədən danışıblar


Digərləri 12 Noy 2018 23:50:00 346 0

Ekspertlər piylənmə ilə yuxuda tənəffüsün dayanması arasında əlaqədən danışıblar

Piylənmədən əziyyət çəkən adamların sayının artması yuxuda tənəffüsün dayanması ilə müşayiət olunan apnoe xəstəliyinə tutulan xəstələrin sayının artmasına da gətirib çıxarıb. Son.az AZƏRTAC-a istinadən bildirir ki, yuxuda tənəffüs dayanmaları miokard infarktı, ateroskleroz və ya insult ilə nəticələnə bilər.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin yuxu təbabəti bölməsinin müdiri Mixail Poluektovun sözlərinə görə, ABŞ alimləri aşkar ediblər ki, apnoe tezliyi 10 faizə qədər artıb, halbuki birinci eksperiment zamanı həmin rəqəm cəmi 2-4 faiz təşkil etmişdi. Amerika alimləri bunu artıq çəkidən əziyyət çəkən insanların sayının artması ilə əlaqələndiriblər.