Qəzza zolağından İsrail ərazisinə 200 raket buraxılıb


Dünya 12 Noy 2018 23:29:00 245 0

Qəzza zolağından İsrail ərazisinə 200 raket buraxılıb

Qəzza zolağından İsrail ərazisinə 200 raket buraxılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İsrail müdafiə ordusunun mətbuat xidməti xəbər verir.

Bildirilir ki, raketlərdən 60-ı "Dəmir günbəz" hava hücumundan müdafiə sistemləri ilə vurulub: "İsrailin cənub rayonlarında xəbərdarlıq siqnalları səslənməkdədir. Bundan əlavə xəbərdarlıq siqnalları Ölü dəniz sahillərində sakinləri və turistləri mümkün raket hücumları haqqında xəbərdar etmək üçün siqnallar səslənir".