Kəsdiyi ağacın altında qalıb öldü
Digərləri 12 Noy 2018 23:09:00 243 0
Kürdəmir rayonunda bədbəxt hadisə baş verib.
Son.az Trend-ə istinadən bildirir ki, rayonun Şahbəyli kənd sakini, 1972-ci il təvəllüdlü Mansurov Aqil Şurəli oğlunun həmkəndlisinin həyətində kəsdiyi ağac üzərinə düşüb.
Hadisə nəticəsində ağır xəsarət alan A.Mansurov Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
A.Mansurov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az