Azərbaycanda vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub


Kriminal 12 Noy 2018 23:16:00 238 0

Azərbaycanda vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub

Şabran rayonu Uzunboyad kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, Uzunboyad kəndinin sakini, 2004-cü il təvəllüdlü Tofiq Rafiq oğlu Muradov idarə etdiyi "VAZ-2107" markalı, 90-XF-512 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 2005-ci il təvəllüdlü Səkinə Ramin qızı İsmayılovanı vurub.

S.İsmayılova təcili tibbi yardım avtomobili ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ ayağının baldır nahiyəsinin sınığı diaqnozu qoyulub, yaralı  tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.