Marsın ekvatorial xəttinə robot yürüşçü göndərilə bilər


Digərləri 12 Noy 2018 23:18:00 286 0

Marsın ekvatorial xəttinə robot yürüşçü göndərilə bilər

Avropa və Rusiyanın kosmik agentlikləri 2020-ci ildə "Oxia Planum" adlanan Marsın ekvatorial xəttinə "ExoMars" robot yürüşçüsü göndərilməsi təklifini nəzərdən keçirirlər. Bu kosmik məkan Leyster Universitetinin astronomları tərəfindən tövsiyə edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Oxia Planum" uzun müddət su ilə təmasda olduğu ehtimal edilən gil və digər minerallarla zəngindir. "ExoMars" xüsusi qurğular vasitəsilə Qırmızı planetin bu hissəsində həyat əlamətlərini aşkar etmək üçün qazıntılar aparacaq. Lakin bu tövsiyəni texniki təfərrüatları hər iki agentlik tərəfindən təfsilatı ilə araşdırılacaq və yekun qərar veriləcək.

Leyster Universitetində keçirilən ikigünlük toplantıda mühəndislər və geoloqlar Marsa göndəriləcək missiyanın təhlükəsizliyi məsələlərini müzakirə ediblər. Məlumdur ki, Qırmızı planetin səthinə enmək çox çətindir və göndərilən missiyaların yarısı buna müvəffəq olmayıb. Məsələn, 2016-cı ildə Avropa missiyasının növbəti cəhdi kosmik aparatın saatda 300 kilometr sürətlə planetin səthinə çarpılması ilə nəticələnib. Bu səbəbdən "Oxia Planum"la Mars vadisi arasındakı məkan daha təhlükəsiz hesab edilib.

Toplantıda iştirak edən alimlər Marsın bu ərazisində zəngin mikrobioloji qalıntılar aşkar olunacağını vəd ediblər. Belə ki, "Oxia Planum"un planetin 18 dərəcə şimalında yerləşməsi "Exo Mars"ın günəş panellərindən də istifadə etməsinə imkan verəcək.