Horst Zeyehofer istefaya hazırdır


Dünya 12 Noy 2018 22:59:00 226 0

Horst Zeyehofer istefaya hazırdır

Almaniyada hökumət koalisiyasına daxil olan Bavariya Xristian-Sosialistlər İttifaqının (XSİ) sədri Horst Zeyehofer ilin sonunadək partiya rəhbəri postundan istefa vermək niyyətindədir.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, H.Zeyehofer bu barədə partiya rəhbərlərinin görüşündə bildirib.

XSİ-nin yeni rəhbərinin seçiləcəyi növbədənkənar qurultay isə 2019-cu ilin yanvar-fevralında keçiriləcək. Bavariyanın Baş naziri Markus Zöderin Zeyehoferin xələfi olacağı daha çox ehtimal edilir.

Bir sıra KİV-lərin məlumatına görə, Zeyehofer, həmçinin daxili işlər naziri postundan da getmək niyyətindədir. Xristian-Sosialistlər İttifaqından Zeyehoferin niyyəti ilə bağlı rəsmi münasibət bildirilməyib.