İran enerji birjasında satdığı neftin qiymətini aşağı salıb


Dünya 12 Noy 2018 22:53:00 223 0

İran enerji birjasında satdığı neftin qiymətini aşağı salıb

İran Tehran Enerji Birjasında satışa çıxardığı neftin qiymətini aşağı salıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, birjada ikinci partiyası satışa çıxarılan və ümumilikdə 700 min barrel olan neftin bir barrelinin minimum qiyməti 64,97 dollar təyin olunub. Həmin neft 245, 245 və 210 min barrel olmaqla üç fərqli sifarişçiyə satılıb.

Xatırladaq ki, İran öz neftini ilk dəfə oktyabrın 28-də enerji birjasında satışa çıxarıb. Minimum 35 min və maksimum 100 min barrel olmaqla satışa çıxarılan həmin neftin bir barreli üçün qiymət 79,15 dollar təyin edilmişdi. Neft satışı üzrə ödənişlərin 20 faizi rial, 80 faizi digər valyuta növləri ilə həyata keçirilir.

Qeyd edək ki, rəsmi Tehran bu addım ilə İran neftini hədəf alan ABŞ-ın ikinci sanksiya paketinə qarşı nefti ölkə daxilində qiymətli hala gətirmək və nağd pul vəsaitlərinin hərəkətini təmin edərək embarqonun təsirlərini azaltmağı hədəfləyir.