Avropada buna görə hər il 33 min insan ölür SOS


Dünya 12 Noy 2018 22:17:00 241 0

Avropada buna görə hər il 33 min insan ölür  SOS

Hər il Avropada antibiotik rezistentləri (antibiotik tərkibli dərmanlara qarşı müqavimətli bakteriya və ya göbələklər) təxminən 33 min insanın ölümünə səbəb olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Antimikrob Rezistentlərinin Müşahidəsi üzrə Avropa Şəbəkəsi yayıb.

Məlumatda qeyd edilir ki, 2007-ci ildən bu yana aparılan araşdırmalar Avropada ildən-ilə bu sahədə ölüm hallarının artdığını göstərir. Pasiyentlərin antibiotik dərmanlardan qeyri-düzgün doza, miqdar və ya müddətdə qəbul etməsi orqanizmdəki mikrob ştamlarının müqavimətini daha da artırır və nəticədə antibiotiklər həmin bakteriyalara qarşı effektiv təsir gücünü itirir.