Kamal Sunalın doğum günündə həyat yoldaşı hər kəsi kövrəltdi FOTO


Digərləri 12 Noy 2018 22:22:00 334 0

Kamal Sunalın doğum günündə həyat yoldaşı hər kəsi kövrəltdi  FOTO

Dünən Türkiyənin dünyaca məşhur komediya ustası, vətəni ilə yanaşı Azərbaycanda da sevilən aktyor Kamal Sunalın doğum günü idi.

Son.az xəbər verir ki, aktyorun ömür-gün yoldaşı Gül Sunal onun 74-cü doğum gününə özəl paylaşım edib.

Paylaşımında duyğu dolu sözlərə yer verən xanım Sunal həyat yoldaşının cəmiyyətə örnək olmasına diqqət çəkib.

"Yaxşı ki doğuldun Kamal... Kitabımda səndən belə bəhs etmişəm... Əli idarəetmə fakültəsini bitirdi, sənin kimi master oldu. Ezo Londonda Film və Erkən Uşaqlıq Dövrü olmaqla, iki fakültə bitirdi. Yaşadığın hər şey kimi təhsilin də dəyərini tapdı. Öncə uşaqların, sonra da sevənlərin... Doğru bildiyin, olmasını istədiyin hər şeyi, gözləntilərini öncə özün etdin... Yaxşı ki doğuldun, yaxşı ki varsan Kamal..."


Xəbərə aid fotolar