İran XİNin əməkdaşı casusluğa görə 10 il həbs olunub


Dünya 12 Noy 2018 22:26:00 249 0

İran XİNin əməkdaşı casusluğa görə 10 il həbs olunub

İran məhkəməsi ölkənin Xarici İşlər Nazirliyinin casusluqda ittiham olunan əməkdaşı Kamal Əmirbeyki 10 il müddətinə azadlıqdan məhrum edib.

Son.az "report"-a istinadən bildirir ki, bunu Ali Məhkəmənin rəsmi nümayəndəsi Möhsün Ejei deyib.

Onun sözlərinə görə, Kamal Əmirbeyk həmçinin 270 min dollar məbləğində cərimə olunub.