İranda bəzi estetik əməliyyatları edən və etdirənlər cəzalandırılacaq


Dünya 12 Noy 2018 22:40:00 319 0

İranda bəzi estetik əməliyyatları edən və etdirənlər cəzalandırılacaq

İranda "Eşşək qulağı" və "Keçi gözü" estetik əməliyyatlarını etmək və etdirmək qadağan edilib.

Son.az "report"-a istinadən bildirir ki, bunu parlamentin Hüquq komissiyasının sözçüsü Həsən Novruzi deyib.

Onun sözlərinə görə, qadağanı pozan 10 gündən 2 aya qədər həbs, 74 şallaq zərbəsi ilə cəzalandırılacaq. H.Novruzi bu növ əməliyyatların ictimai əxlaqa zidd olduğunu vurğulayıb.