Dünyada ən çətin səfər edilən ada


Digərləri 12 Noy 2018 21:10:00 314 0

Dünyada ən çətin səfər edilən ada

Dünyada elə yer var ki, nə müharibələr, nə də iqtisadi böhranlar təsir eləmir.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, söhbət Tristan-da-Kunya adasından gedir. 300 nəfərin yaşadığı bu adaya getmək isə çox çətindir.

Portuqaliyalı səyyah Taristo da Kunya tərəfindən 1506-cı ildə Ümid burnundan keçən zaman kəşf edilən adadır. Adaya ən yaxın yaşayış məntəqəsi 2800 km uzaqlıqda yerləşir. Tristan-da-Kunya arxipelaqı Atlantik okeanının cənubunda yerləşir.

Ada yüz illər boyu italyan, ingilis və amerikan səyyahların evi olub.

Adaya sadəcə Kalshot limanı ilə getmək olar. Hava limanı yoxdur. İldə bir dəfə "RMS St.Helena" adlı yük gəmisi adaya konserva, qida, videolar, kitab, jurnal və tibbi ləvazimatlar, bəzən isə turist gətirir.

Adaya getmək üçün İngiltərə vizası almaq lazımdır. Adanın yeganə mənfi cəhəti sakinlərin yarıdan çoxunun astma xəstəsi olmasıdır. Adada otel və pansionat olmadığı üçün turist kimi ya çadırda qalmaq lazımdır, ya da tanış adam olmalıdır.

Tristan-da-Kunya adasında 13 dəniz və 2 meşə quşu yaşayır. 


Xəbərə aid fotolar