Məhkumların əl işləri


Digərləri 12 Noy 2018 20:32:00 272 0

Məhkumların əl işləri

6 saylı cəzaçəkmə müəssisəsində Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş cəzaçəkmə müəssisələrində istehsal edilmiş məhsullardan və məhkumların əl işlərindən ibarət sərgi keçirilib.

Son.az bildiriri ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, millət vəkilləri, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, nazirliyin məsul əməkdaşlarının, Penitensiar Xidmətin cəzaməkmə müəssisələri və istintaq təcridxanalarının rəislərinin iştirakı ilə keçirilən sərgidə nümayiş olunan məhkumların əl işləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Sərgidə cəzaçəkmə müəssisələrində daha çox məhkumu ictimai faydalı əməyə cəlb etmək, istehsalat sahələrini genişləndirmək, eyni zamanda cəza çəkənləri müxtəlif peşə və məşğuliyyət sahələrinə yönəltmək, onlarda əmək vərdişləri formalaşdırmaq, mədəniyyət və incəsənətə maraq oyatmaq üçün Penitensiar Xidmət tərəfindən mühüm işlər həyata keçirildiyi vurğulanıb.

Qeyd olunub ki, məhkumların ictimai faydalı əməyə cəlb edilməsi azadlığa çıxdıqdan sonra onların cəmiyyətə daha tez adaptasiya olunmasına zəmin yaradır. Təsadüfi deyil ki, məhkumlar üçün həm maddi, həm də mənəvi-psixoloji əhəmiyyət daşıyan ictimai faydalı əməyin təşkili məqsədilə mövcud istehsalat sahələrinin bərpası və yeni iş yerlərinin yaradılması prosesi son vaxtlar daha da sürətlənib. Bu məqsədlə həmin müəssisələrdə yeni istehsalat sahələrinin yaradılmasına və bu işə sahibkarların cəlb edilməsinə dair zəruri tədbirlər həyata keçirilib.

Penitensiar Xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsində toxuculuq, tikiş və xalçaçılıq üzrə istehsalat sahələrini inkişaf etdirmək üçün yeni xana dəzgahlarının quraşdırılması və işləyən məhkumların sayının artırılması buna bariz nümunədir.