Bərdədə 2 piyadanı avtomobil vurub:


Digərləri 12 Noy 2018 20:34:00 223 0

Bərdədə 2 piyadanı avtomobil vurub:

Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Report-a istinadən bildirir ki, hadisə rayonun Mirzalıbəyli kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili yol kənarında dayanan iki nəfəri vurub. Hadisə zamanı piyadalardan biri ölüb, digəri isə ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son.az 


Xəbərə aid fotolar