Dövlət Bayrağı Gününə həsr olunmuş bayram konserti keçirilib (FOTO)


Digərləri 12 Noy 2018 20:35:00 278 0

Dövlət Bayrağı Gününə həsr olunmuş bayram konserti keçirilib (FOTO)

H.Abbasov adına Mədəniyyət evində konsert keçirilib.

Bakı. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət evində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş bayram konserti keçirilib. İlk öncə aparıcı Humay Muxtarova tədbiri açaraq, bayrağın hər bir dövlət üçün bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzi olduğunu söyləyib. Bildirib ki, hər il Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı Sərəncamına əsasən noyabrın 9-u Dövlət Bayrağı günü kimi qeyd edilir.