Azərbaycanda yarım milyon manata gəmi satılır


Digərləri 12 Noy 2018 20:16:00 249 0

Azərbaycanda yarım milyon manata gəmi satılır

Ləğv edilən "Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə" ASC-yə məxsus buzqıran gəmi üçüncü dəfə 10% endirimlə satışa çıxarılacaq.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Əmlak Məsələləri Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, dekabrın 11-də baş tutacaq hərracda satılacaq gəminin ilkin satış qiyməti 459 min manat müəyyən edilib. Gəmini almaq üçün hərraca qoşulmaq istəyən hüquqi və fiziki şəxslər öncədən 45 min 900 manat beh ödəməlidir.