İranlı generallara qarşı suiqəsd planı ortaya çıxdı


Dünya 12 Noy 2018 19:52:00 292 0

İranlı generallara qarşı suiqəsd planı ortaya çıxdı

Camal Qaşıqçı cinayətinin əsas təqsirkarlarından olan kəşfiyyatçı barədə yeni faktlar açıqlanıb

Jurnalist Camal Qaşıqçının qətlindən sonra vəzifəsindən uzaqlaşdırılan Səudiyyə Ərəbistanının kəşfiyyat rəsmisi Əhməd əl-Asiri ilə bağlı daha bir ilginc xəbər yayılıb. Belə ki, onun qatıldığı bir toplantıda iranlılara qarşı da sui-qəsdlər planlaşdırılmasından danışıb.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb. Məlumata görə, Məhəmməd bin Salmana yaxın bəzi şəxslərin İran vətəndaşlarına qarşı sui-qəsd planları olub.

2017-ci ilin mart ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir toplantı keçirilib. Toplantıda aralarında Asirinin də olduğu yüksək səviyyəli Səudiyyə rəsmiləri, İran İnqilab Keşikçiləri Korpusunun Qüds qanadının komandanı Qasım Süleymaninin və Səudiyyə Ərəbistanının düşməni hesab edilən başqa bir iranlı səlahiyyətli şəxsin öldürülməsi planlarını müzakirə ediblər.

Qaşıqçı araşdırmasını yaxından izləyən bir Səudiyyə yetkilisi diqqətə çatdırıb ki, Asirinin sui-qəsd planları Səudiyyə Ərəbistanının rəsmi siyasətini əks etdirməyib. Bundan başqa, xəbərdə Asirinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana xüsusilə yaxın olduğunu vurğulanıb.