Bakıda klassik musiqi konserti keçiriləcək


Digərləri 12 Noy 2018 19:21:00 220 0

Bakıda klassik musiqi konserti keçiriləcək

Konsert Dövlət Akademik Filarmoniyasında baş tutacaq.

Bakı. Noyabr 24-də saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş dirijor, Azərbaycanın Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və istedadlı pianoçu, Beynəlxalq müsabiqələr laureatı Filip Kopaçevskinin ifasında klassik musiqisi konserti keçiriləcək. Trend-in məlumatına görə, konsertdə Karl Veberin - "Der Freischütz" operasına uvertüra, Lüdviq van Bethovenin - Fortepiano və orkestr üçün 5 saylı konsert, Es-dur, op.73 və Frants Şubertin - Tamamlanmamış simfoniya, h-moll əsərləri səslənəcək.