Ağdaşda piyadanı avtomobil vuraraq öldürüb


Digərləri 12 Noy 2018 18:48:00 200 0

Ağdaşda piyadanı avtomobil vuraraq öldürüb

DİN-dən Son.az-a verilən məlumata görə, noyabrın 11-də saat 8 radələrində Ağdaş rayonunun Ləki kəndi ərazisində Samux rayon sakini Ələkbər Cabbarov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Goranboy rayon sakini Ceyhun Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.