Azərbaycanda 40 ilin məhkumu həbsdə ölüb


Digərləri 12 Noy 2018 18:14:00 235 0

Azərbaycanda 40 ilin məhkumu həbsdə ölüb

Azərbaycanda məhkum ölüb.

Son.az Report-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada saxlanılan, 1953-cü il təvəllüdlü Nəriman Mahmud oğlu Mahmudov xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, N.Mahmudov 40 il həbs həyatı yaşayıb. Belə ki, o, bir neçə il əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilib. Sonuncu həbsi zamanı məlum olub ki, N.Mahmudov əvvəllər törətdiyi cinayət əməllərinə görə, ümumilikdə 37 il məhkumluq həyatı yaşayıb.

Son.az