Bakıda camaata 8 min meyvə və həmişəyaşıl ağac tingləri paylanıldı


Digərləri 12 Noy 2018 18:18:00 308 0

Bakıda camaata 8 min meyvə və həmişəyaşıl ağac tingləri paylanıldı

"Hər ailə ağac əksin" devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan aksiya 12 noyabr 2018-ci il tarixində Binəqədi rayonu və Mehdiabad, Zığ, Qala qəsəbələrində davam etdirilib.

ETSN-dən Son.az-a verilən məlumata görə, ağac əkilməsinin təşviqi kampaniyasında vətəndaşlara ümumilikdə 8000-ə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb.

Xatırladaq ki, 09 noyabr 2018-ci il tarixində Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində  "Hər ailə ağac əksin" devizi altında keçirilən aksiyada vətəndaşlara 6000-ə yaxın müxtəlif cinsli ağac tingi paylanılmışdı.


Xəbərə aid fotolar