DİQQƏT!


Digərləri 12 Noy 2018 18:06:00 394 0

DİQQƏT!

Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə və sürücülərinə xəbərdalıq edib.

Son.az bildirir ki, idarədən Trend-ə verilən məlumata görə, paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli qərarı ilə oktyabır ayının 1-dən may ayının 1-dək maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin səhər saat 7:30-dan axşam 20:00-dək Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunmuşdur:

"Maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin Bakı şəhərinin ətrafında yerləşən kənd və qəsəbələrə, eləcə də paytaxtda tikinti materiallarının satışı üzrə fəaliyyət göstərən ticarət obyektlərinə günün istənilən vaxtı gediş-gəliş üçün bir neçə marşrut müəyyənləşdirilmiş və cari il noyabr ayının 15-dən sonra həmin marşrutlardan kənara çıxaraq qaydaları pozan sürcülər haqqında elektron qərarların qəbul ediləcəyi barədə məlumat verilmişdir.