Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması sahəsində fərqlənən şəxslər təltif edilib (SİYAHI)


Digərləri 12 Noy 2018 18:04:00 220 0

Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması sahəsində fərqlənən şəxslər təltif edilib (SİYAHI)

Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması sahəsində fərqlənən şəxslər təltif edilib.

Bakı. Prezident İlham Əliyev Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdikləri töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər: “Tərəqqi” medalı ilə Abdullayev Akif Hacı oğlu Feyzullayev Tural Hicrət oğlu İsayev İdris Balakişi oğlu Qasımlı Vüsal Əfras oğlu Məmmədov Sahib Əli oğlu Lətifov Ragim Əhəd oğlu Rüstəmli Elsevər Mövlud oğlu Vəliyev İlkin Etibar oğlu Vəliyev Sərvər Yaqub oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Qədirov Ayaz Tofiq oğlu Məmmədova Fərəh Fərahim qızı Sadıqov Rafiq Fazil oğlu Şahbazov Famil Fariz oğlu Şirinov Şamil Vidadi oğlu Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin