Uşaqlara peyvənd lazımdırmı?


Digərləri 12 Noy 2018 17:53:00 265 0

Uşaqlara peyvənd lazımdırmı?

İsrailin Zehni və psixofiziki inkişaf pozğunluğu olan uşaqların müalicəsi və bərpası Mərkəzinin rəhbəri Lev Levit körpələrə vurulan peyvəndlərin uşaqları şikəst edə bilmə riski daşıdığını deyib.

Onun və bir çox avropalı mütəxəssislərin fikrincə, peyvəndlər uşaq orqanizmində sərt reaksiyalara səbəb ola, öskürək, qızdırma, qıcolma ilə müşayiət oluna bilər. Bu və bənzər fikirlər isə insanlarda səbəsiz qorxular yaradır. Valideynlər nə etməlidir? Uşaqlara peyvənd vurulmalıdır, yoxsa yox ?

Son.az xəbər verir ki, məsələ ilə bağlı oxu.az-a açıqlama verən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyevanın sözlərinə görə, bu gün ölkədə istifadə edilən peyvəndlərin böyük əksəriyyəti Avropa ölkələrindən gətirilir və Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verir:

"Bəzən valideynlər uşaqların peyvənd hüququnu əlindən alır. İnternet üzərindən yayılan yanlış məlumatlar insanlarda ciddi qorxular yaradır ki, bunların da heç bir əsası yoxdur. Bəzən valideynlər peyvəndlərin uşaqların sağlamlığında nə dərəcədə önəmli rol oynadığını bilmir.

Bu da çox normaldır. Peyvəndlərin əsas hissəsi məhz doğum evlərində vurulur və daha sonra uşaqlar yaşadıqları ünvanların ərazi üzrə poliklinikalarına, rayon yerlərində isə tibb məntəqələrinə aparılmalıdırlar. 

Ölkəyə gətirilən vaksinlər xüsusi soyuducu maşınlarla daşınaraq innovasiya mərkəzlərinə çatdırılır. Buradan isə vaksinlər respublika üzrə tibb məntəqələrinə, klinika və xəstəxanalara paylanılır".

Proqrama əsasən Azərbaycan Respublikası üzrə profilaktik peyvənd təqvimi aşağıdakı kimidir:

 

Peyvəndlərin adı:

Peyvəndlərin edilməsi vaxtı:

1.

Hepatit B

doğulduqdan 12 saat ərzində

2.

BCG, OPV

4-7 gün

3.

GDTHibHepB, OPV, Pk

2 ay  

4.

GDTHibHepB, OPV