DİQQƏT! Noyabrın 15-dən bu sürcülər haqqında elektron qərarlar qəbul ediləcək


Digərləri 12 Noy 2018 17:52:00 294 0

DİQQƏT! Noyabrın 15-dən bu sürcülər haqqında elektron qərarlar qəbul ediləcək

Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə və sürücülərinə xəbərdalıq edib.

Bakı. Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə və sürücülərinə xəbərdalıq edib. İdarədən Trend-ə verilən məlumata görə, paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli qərarı ilə oktyabır ayının 1-dən may ayının 1-dək maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin səhər saat 7:30-dan axşam 20:00-dək Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunmuşdur: