Azərbaycanlı dizayner məktəbli geyimi üçün milli ornamentlər təklif edir


Digərləri 12 Noy 2018 17:49:00 520 0

Azərbaycanlı dizayner məktəbli geyimi üçün milli ornamentlər təklif edir

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova Hədəf  Liseyində "Günümüzdə geyim mədəniyyəti və dəbin rolu" mövzusunda seminar-treyninq keçirib.

Son.az xəbər verir ki. bu barədə Trend-ə mərkəzin mətbuat xidmətindən məlumat veriblər.

Görüşdə müəllim və şagirdlərə dəbin müasir dünya mədəniyyətində sosial rolu və fəaliyyətinin özəllikləri, milli geyimin təkamülü nümunəsində şəxsiyyəti ifadəetmənin xüsusiyyətləri barədə bəhs edilib. Dəb mədəniyyətin əhəmiyyətli təbəqəsini təşkil edən olduqca maraqlı təzahürdür. Estetik dəyərə malik olan dəb cəmiyyətin müxtəlif təbəqələrinin ifadə vasitəsinə çevrilir, onda ümumbəşər, mənəvi-estetik normalar və prinsiplər reallaşdırılır. Dəbdə öz dövrünün çox mühüm cizgiləri əks olunur, cəmiyyət həyatında baş verən dəyişikliklərlə bağlantı sezilir.


Xəbərə aid fotolar