Xaricdən idxal edilən melas yerli xammalla əvəz ediləcək (FOTO)


Digərləri 12 Noy 2018 17:42:00 278 0

Xaricdən idxal edilən melas yerli xammalla əvəz ediləcək (FOTO)

İmişli şəkər zavodunda növbəti uğurlu layihələr həyata keçirilir.

Bakı. Prezident İlham Əliyevin istehsalatda idxaldan asılılığın azaldılması, o cümlədən zəruri ərzaq məhsulu sayılan şəkər məhsulunun yerli xammaldan istehsal edilməsi istiqamətində yürütdüyü siyasətə uyğun olaraq, İmişli şəkər zavodunda növbəti uğurlu layihələr həyata keçirilir. “Azərsun Holdinq” MMC-dən Trend-ə verilən məlumata görə, İmişli Şəkər Zavodu emal gücünü iki dəfəyə qədər artırmaqla artırmaqla bərabər çuğundur əkin sahələri də ildən ilə genişlənır. 2017-ci təsərrüfat ili ərzində 14 min hektara yaxın sahədə şəkər çuğunduru əkinçiliyi həyata keçirilib. “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC tərəfindən fermerlərə yaradılan şərait və verilən dəstək bu rəqəmin daha da artmasına müsbət təsir göstərir. Bu sahənin inkişafına əvvələr göstərilən dövlət qayğısı bir qədər də artırılaraq gübrə və pestisidlərin alınmasına xüsusi subsidiyalar tətbiq edilərsə, əlavə suvarılan torpaqlar ayrılarsa, növbəli əkin sistemi qaydalarını həyata keçirməklə şəkər çuğunduru əkinçiliyini 45 min hektara çatdırmağa imkan yaranar. Hazırda bu sahə üzrə ümumilikdə 100 minə yaxın insanın məşğulluğu təmin edilirsə, yuxarıda qeyd olunmuş addımlar atıldıqda bu rəqəmi dəfələrlə artırılması mümkündür. Şəkər çuğundurunun əkinçiliyi və emalının həcminin artması ilə bərabər istehsal zamanı əldə edilən faydalı yan məhsulların da həcmi yüksəlib. 2017-ci təsərrüfat ili ərzində ölkənin ərzaq təhlükəsizliyi üçün əhəmiyyət kəsb edən 25 min tondan artıq melas da əldə edilib ki, bu da ölkəmizdə çörək mayası istehsalının əsas xammalı olan melasın idxalının yerli xammal ilə əvəz etmək mümkün olacaq. Eyni zamanda İmişli Şəkər Zavodunun təkmilləşdirmə və modernizasiya işləri hesabına istehsal gücünün artırılmasını təmin edir ki, bu da gələcəkdə melas məhsulunun ölkə xaricinə ixrac edilməsinə də şərait yaradacaq. İmişli Şəkər Zavodunun istehsal potensialı melas məhsulu ilə bərabər eyni zamanda yanqar məhsulunun illik istehsal həcminin xeyli artırılmasına şərait yaradır.