Bakıda sərxoş şəxsi kafedə döyüb pulunu oğurladılar


Digərləri 12 Noy 2018 17:31:00 275 0

Bakıda sərxoş şəxsi kafedə döyüb pulunu oğurladılar

Bakıda sərxoş müştəri kafedə döyülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın paytaxtın Nəsimi rayonu ərazisindəki kafedə baş verib.

Binəqədi rayonu, Biləcəri qəsəbəsində kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İbadov Rahib Məmmədağa oğlu polisə müraciət edərək bildirib ki, gecə saat 05 radələrində 3-cü mikrorayon dairəsi, Alı Mustafayev küçəsində yerləşən "Milli xörəklər" kafesində sərxoş vəziyyətdə olarkən naməlum şəxs tərəfindən döyülərək 300 manat pulu oğurlanıb.