Dövlət qurumları avtomobillərini satışa çıxardı


Digərləri 12 Noy 2018 17:36:00 272 0

Dövlət qurumları avtomobillərini satışa çıxardı

Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 11-də növbəti hərrac barədə elan verib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, dövlət qurumlarının balansında olan maşınlar satışa çıxarılacaq.

Onların sırasında yer alan maşınlardan üçü Vergilər Nazirliyinin balansındadır. Siyahıda ən ucuz maşın 2007-ci ilə aid olan "Daewoo Nexia"dır. Onun ilkin satış qiyməti 2880 manat müəyyən edilib. "KİA Optima"lar (2005) isə 3600 manata satılır. 

Xüsusi Dövlət Mühafizə Xidmətinin balansında olan "Mitsubishi L-200" markalı maşının (2005) ilkin satış qiyməti beş min manatdır. 2006-cı ildə istehsal edilən "Mitsubishi Galant" isə 7 500 manata satılır.