"Azerbaijan Kids Fashion Week 2018" keçiriləcək


Digərləri 12 Noy 2018 16:48:00 333 0

"Azerbaijan Kids Fashion Week 2018" keçiriləcək

Azərbaycanda ilk dəfə  Bakının ən dəbdəbəli otellərindən biri olan "Pullman" otelində 16,17,18 Noyabr tarixlərində "Star Kids Group MMC" şirkətinin təşkilatçılığı ilə "Azerbaijan Kids Fashion Week 2018" uşaq moda nümayişi keçiriləcək.

Son.az xəbər verir ki, "Azerbaijan Kids Fashion Week 2018 " lahiyəsində 300 model olmaqla 70 modelyer dizaynerin geyim kolleksiyası və tanınmış dünya  brendlərinin geyim nümayişi  olacaq.    

Tədbirin layihə rəhbəri " Star Kids Group" şirkətinin direktoru Aygün Əliyevadır.