Vaqif Əsədov yol polislərinin mobil telefondan istifadəsindən danışdı


Digərləri 12 Noy 2018 16:47:00 300 0

Vaqif Əsədov yol polislərinin mobil telefondan istifadəsindən danışdı

Yol polisi əməkdaşlarının xidmət zamanı mobil telefondan istifadə etməsi qanunazidd deyil.

Bakı. Elçin Mehdiyev - Yol polisi əməkdaşlarının xidmət zamanı mobil telefondan istifadə etməsi qanunazidd deyil. Bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, xidmətdə olan zaman Dövlət Yol Polisi əməkdaşları mobil telefondan lazım olan informasiyaların ötürülməsi üçün istifadə edirlər.