1,4 mlrd. manat həcmində pul nişanı dövriyyədən çıxarılıb


Digərləri 12 Noy 2018 16:08:00 264 0

1,4 mlrd. manat həcmində pul nişanı dövriyyədən çıxarılıb

2017-ci il ərzində ölkə iqtisadiyyatının nağd pula olan tələbatı tam həcmdə, tələb olunan strukturda və vaxtında ödənilib.

Son.az Azərbaycan Mərkəzi Bankının 2017-ci il üçün illik hesabatına istinadən xəbər verir ki, hesabat ilində Mərkəzi Banka dövriyyədən 7,8 mlrd. manat və ya 376 mln. ədəd pul nişanı mədaxil olunub, 9 mlrd. manat və ya 452 mln. ədəd pul nişanı isə məxaric olunub.

Ümumilikdə, il ərzində tədavüldə pul kütləsi 1,2 mlrd. manat (17%) artaraq hesabat dövrünün sonuna 8 mlrd. manat təşkil edib. Ölkə iqtisadiyyatının nağd pula olan tələbatının vaxtında və tələb olunan strukturda ödənilməsi üçün Mərkəzi Bank tərəfindən 410,7 mln. manat həcmində kağız və metal pul nişanlarının istehsal olunaraq ölkəyə gətirilməsi təmin olunub. Tədavülə buraxıldığı 12 il müddətində iri nominallı pul nişanlarının (50 və 100 manat) xüsusi çəkisi davamlı olaraq artıb və 2017-cı ilin sonuna 90%-i ötüb.