Azərbaycanda qaz abonentlərinin sayı artıb


Digərləri 12 Noy 2018 15:55:00 260 0

Azərbaycanda qaz abonentlərinin sayı artıb

Azərbaycanda qaz abonentlərinin sayı artıb.

Bakı. 2018-ci ilin yanvar-oktyabr ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 70 468 yeni abonent qeydiyyata alınıb. Trend-in məlumatına görə, bunun 41 400-ü Bakı, Abşeron və Sumqayıt, 29 068-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.