Şəkərli diabet xəstələri üçün vəsait artırılıb, amma dərmanlar xarici valyuta ilə alındığı üçün çatmır


Digərləri 12 Noy 2018 15:41:00 348 0

Şəkərli diabet xəstələri üçün vəsait artırılıb, amma dərmanlar xarici valyuta ilə alındığı üçün çatmır

Bu il şəkərli diabet xəstələri üçün dövlət tərəfindən ayrılan maliyyə vəsaiti artırılaraq 36 milyon manata çatdırılıb, amma dərmanlar xarici valyuta ilə alındığı üçün bu vəsait çatmır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babek Salek deyib.

Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsində şəkərli diabet xəstələri üçün ayrılacaq maliyyə vəsaitinin çoxaldılağı gözlənilir.

Bu yaxınlarda şəkərli diabet xəstələrinin dərman preparatları ilə təminatında yaranan problemə də toxunan B.Salek bildirib ki, dərmanların alınması zamanı növbələrin yaranmamasından ötəri bölgələrdəki bütün həkimlərə xəstələrə dərmanlatın fərqli günlərdə verilməsi barədə tapşırıq verilib: