Üç uşaq anası yoxsul idi,


Digərləri 12 Noy 2018 15:14:00 347 0

Üç uşaq anası yoxsul idi,

34 yaşlı Bet Bertram yeddi il əvvəl sürəkli içən, əyyaşlığa qurşanmış ərindən boşananda həyatının çətinliklərlə üzləşəcəyini təxminləyirdi. Amma yaşamın qəflətən çox ağırlaşacağını düşünməzdi.

Son.az Daily Star-a istinadən bildirir ki, Derbişir qraflığındakı Bakston şəhərinin sakini Bet işsizdi, üç övladı saxlamalıydı. Nə edəcəyini bilmirdi.

Evdə isə sadəcə, 100 funt-sterlinq vardı. Cəmi 100 funt.

O pulu Bet bir həftəyə zorla çatdırdı. Sadəcə, uşaqların ərzağına.

Pul bitəndə isə bundan sonra necə yaşayacağını düşünməyə başladı. Bet dərziliyi bacarırdı. Elə bu səbəbdən də paltar tikib satmaq fikrinə düşdü.

İki qonşusunun hərəsindən 50 funt-sterlinq borc aldı: bir həftəyə qaytarmaq şərtilə.

100 funtun 85 funtunu parçaya, düymələrə xərcləndi, 15 funt da Facebook-da reklama sərf olundu.

İlk don evin çardağında tikilmişdi.


Xəbərə aid fotolar