Mirkamil xəstəliyi haqqında faktlar açıqladı: “Həkim mənə 7 morfin iynəsi vurdu”


Şou-biznes 12 Noy 2018 14:51:00 280 0

Mirkamil xəstəliyi haqqında faktlar açıqladı: “Həkim mənə 7 morfin iynəsi vurdu”

"Mənə qarşı düşmənçiliklər səngimir. Dövlətimizdən, bütün prokurorluqdan, Daxili İşlər Nazirliyindən və bütün böyüklərimizdən xahiş edirəm ki, Şamaxıda doğulduğum xəstəxanada sənədlərim və arxivim araşdırılsın. Ciddiyəm. Bu düşmənçiliyin arxasında doğmalarım varsa belə, bağışlayıram. Bütün bacılara canım qurban, mən 3 bacı itirmişəm və bununla bağlı Şamaxı xəstəxanasından məlumat istəyirəm. Əgər bilə-bilə öldürüblərsə, yenə də Allah rizası üçün bağışlayıram. Amma bilim ki, niyə indiyə qədər mənə qarşı belə düşmənçiliklər ediblər".

Son.az publika-ya istinadən xəbər verir ki, bu sözləri son günlərdə sosial şəbəkələrdə qəribə statusları ilə diqqət çəkən müğənni Mirkamil Kamilov yazıb. Sənətçi daha sonra xəstəliyi haqqında dəhşətli faktların üstünü açıb. O bildirib ki, həkim ona narkotik asılılığı yaradan 7 morfin iynəsi vurub:

"2013-cü ildə İranda mənə 7 morfin vurulmağında kimlərin əli olduğunu dövlətimizdən araşdırmasını istəyirəm və xahiş edirəm. Çünki əməliyyatda olduğum vaxt iranlı bir biznesmen qiyməti aşağı salmağa gəlmişdi. O insan kim tərəfindən oraya göndərilmişdi, həkimlə nə danışığı olub ki, həkim mənə 17 min dollar endirim edib? Bildiyiniz kimi, İranda xarici vətəndaşlara üçqat qiymət oxunur. Xeyir ola ki, mən azərbaycanlı ola-ola həmin həkim biznesmenlə söhbətdən sonra bu qədər endirib edib. Tehranın mərkəzində yerləşən xəstəxananın adı Kesradidir. Xahiş edirəm ki, araşdırılsın görüm ölümümü hansı doğmam əyləncəli şəkildə seyr etmək niyyətində olub. Bəlkə də vaxtı ilə bacılarımı da xəstəxanada öldürtdürüblər. Arxiv araşdırılsa, cinayətin arxasında kimlər varsa, üzə çıxacaq. Xalqın içindən gəlmişəm, çobanam, amma bilmək istəyirəm ki, nə səbəbə ölümüm bu qədər macəralı olub o insanlara".

İfaçı daha sonra bildirib ki, onun səhhətinə zərər verənləri məhkəməyə verəcək: