Şağanda avtomobili yol ayırıcısına vuran sürücü ölüb


Digərləri 12 Noy 2018 14:57:00 239 0

Şağanda avtomobili yol ayırıcısına vuran sürücü ölüb

Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 11-də saat 20 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Şuşa şəhər sakini Anar Cabbarov idarə etdiyi “Kia” markalı avtomobili yol ayırıcısına vurub və nəticədə hadisə yerində ölüb.