Qəbələdə dağdan yıxılan şəxsin meyiti tapılıb


Digərləri 12 Noy 2018 14:01:00 253 0

Qəbələdə dağdan yıxılan şəxsin meyiti tapılıb

Qəbələ rayon sakini S.Mehrəliyev dağdan yıxılaraq Həmzəlli çayına düşüb və meyiti çayın sahilində tapılıb

Bakı. Qəbələdə dağdan yıxılan şəxsin meyiti tapılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 7-də Qəbələ rayonunun Bum qəsəbə sakinləri Sadiq Mehrəliyev, Cümşüd Kərimov, Elşad Sədirov və Taleh Yusifov ov məqsədilə qəsəbənin dağlıq meşə sahəsinə gediblər. Noyabrın 10-da saat 19 radələrində S.Mehrəliyev dağdan yıxılaraq Həmzəlli çayına düşüb və meyiti çayın sahilində tapılıb.