"Formula1" ulduzları dalaşdılar,


Digərləri 12 Noy 2018 13:43:00 260 0

"Formula1" ulduzları dalaşdılar,

Beynəlxalq "Formula-1" avtoçempionatında çıxış edən "Red Bull" komandasının pilotu Maks Ferstappen və "Force India" komandasının pilotu Esteban Okon dalaşıblar.

Son.az Daily Mail-ə istinadən bildirir ki, olay Braziliya Qran-Prisində yaşanıb. İnsidentin səbəbi Okonun yarışdakı manevri olub. O, döngələrdən birində Ferstappenin bolidinə çarpılıb. "Red Bull"un pilotunun bolidi trasdan çıxıb, Ferstappen lider mövqeyini itirib və nəticədə finişə ikinci çatıb.

Yarışın qalibi "Mercedes"in pilotu Lüis Hemilton olub.

Radio danışıqlarda Ferstappen Okonu "idiot" adlandırıb.

Okon suçlu sayılıb və ona 10 saniyəlik cərimə verilib. Fəqət, cəza ilə razılaşmayan Ferstappen fransız pilota yaxınlaşaraq onu bir neçə dəfə itələyib, aşağılayıb.

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar