Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edir (FOTO)


Digərləri 12 Noy 2018 13:38:03 232 0

Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edir (FOTO)

Akademik Milli Dram Teatrı Azərbaycanı “Manqurt” tamaşası ilə Qırğızıstanda keçirilən beynəlxalq teatr festivalında təmsil edir.

Bakı. Akademik Milli Dram Teatrı Azərbaycanı “Manqurt” tamaşası ilə Qırğızıstanda keçirilən beynəlxalq teatr festivalında təmsil edir. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, festivalda iştirak Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və ölkəmizin Qırğızıstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. Böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan “Aytmatov və teatr” festivalında Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan teatrları da iştirak edir. Festival 12-17 noyabr tarixlərini əhatə edir.