İmtina edə bilmədiyimiz plastiklər


Digərləri 12 Noy 2018 13:17:00 363 0

İmtina edə bilmədiyimiz plastiklər

Alimlər plastik qab-qacaq və polimer  torbaların insan sağlamlığına ziyanları barədə xəbərdarlıq edir. Hazırda dünyanın bir çox ölkəsində bu barədə müəyyən tədbirlər görülür. Ölkəmizdə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə məhsullarla bağlı müxtəlif ölkələrin təcrübələrini öyrənir və tətbiq edir. 

Evimizə yol açan "bomba"- Sağlamlığımızın cəlladları...

Bəs plastik qablardan düzgün istifadə qaydalarını bilirikmi? Ümumiyyətlə, belə qablarda məhsullar alarkən nələrə fikir verməliyik?

Qeyd etmək lazımdır ki, bu qabların etiketləri üzərində hər zaman onların məhz hansı növ plastikdən hazırlandıqlarına dair qeydlər olur. Çox zaman əhəmiyyət vermədiyimiz, oxumadığımız bu məlumat, əslində, çox vacibdir. Məsələn, hansı su butulkasının birdəfəlik istifadə üçün olduğu, hansının tərkibində daha çox plastmas olduğunu və s. buradan öyrənə bilərik. 

Son.az xəbər verir ki, plastik qabların və paketlərin hazırlanmasında müxtəlif tərkibli maddələr və plastmaslardan istifadə edilir. Alacağınız və ya saxlayacağınız məhsula uyğun plastiklərin hazırlanmasının bir neçə forması var:

Sərinləşdirici içkilər, ketçuplar, bitki yağları, kosmetik vasitələr və s. məhsulların  saxlanması üçün nəzərdə tutulan PET (polietilen tereftalat) növü.

Bu, dünyada ən çox istifadə olunan plastmas növüdür. Yalnız bir dəfə istifadə üçün nəzərdə tutulub. Fərqləndirici xüsusiyyəti ucuz olmasıdır. Bu növ plastikin istehsalı xüsusi xərclər tələb etmir. Plastikin belə növündən yalnız bir dəfə istifadə etmək olar. Əgər belə butulkaya ikinci dəfə su töksəniz, o zaman orqanizmə bəzi qələvi maddələr (ftalat) və olduqca çox miqdarda bakteriyalar qarışa bilər. Bu maddə isə zəhərli olduğundan, əsəb və ürək-damar sisteminin ciddi xəstəliklərinə səbəb ola bilər.

Plastik paketlərin, birdəfəlik qab-qacaq, qida konteynerləri, yuyucu və təmizləyici vasitələr, süd və konteyner üçün paketlər hazırlanan HDP və ya HDPE (yüksək sıxlıqlı polietilendir) növü.  

Demək olar ki, ən yaxşı plastik sayılan və zərəli maddə yaymayan plastmas sayılır. Bu növdən hazırlanmış qablarda su alıb istifadə etmək daha təhlükəsiz hesab edilir. Lakin formaldehid adlı zəhərli maddə ifraz edə bilər. Bu is əsəb, tənəffüs və cinsiyyət sistemlərini zədələyə, nəsildə genetik pozuntuya səbəb ola bilər.

Plastik pəncərələrin istehsalı, mebel elementləri, borular, süfrələr, texniki maye üçün konteynerlər və başqa texniki məqsədlər istehsalı üçün olan PVC və ya V (polivinilxlorid) növü.