"İndi Şəbnəmlər, Türkanlar dəbdir"


Şou-biznes 12 Noy 2018 13:20:00 271 0

"İndi Şəbnəmlər, Türkanlar dəbdir"

"ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı bu dəfə müğənni Elnarə Xəlilova olub.  Son.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı rubrikanın aparıcısı Ruslan Ağayevin suallarını cavablandırıb. Xəlilova "Faiq Ağayev, yoxsa Brilliant Dadaşova" sualına "Faiq Ağayev" cavabını verib.  Elnarə zövqlü və zövqsüzlükdən söz açıb. O, heç vaxt bahalı brendlərə pul xərcləmədiyini söyləyib:

"Mənim üçün geyimin marka olması önəmli deyil. Bir neçə dəfə yuyulandan sonra onsuz əyiləcək. Çox pul verə bilmərəm". Müğənni onu toya çağırmadıqlarından gileylənib: "Bəlkə elə bilirlər ki, toya getmirəm". Müğənni "Bu gün Elnarələr, yoxsa Şəbnəmlər, Türkanlar dəbdədir" sözlərinə qalmaqallı cavab verib: "Şəbnəmlər, Türkanlar...". Təyin edilən vaxta qədər suallara cavab verə bilməyən Elnarə alış-veriş mərkəzində gül satıb.