Azərbaycan ordusunda komanda-qərargah hərb oyunları başlayıb (FOTO/VİDEO)


Digərləri 12 Noy 2018 13:10:00 216 0

Azərbaycan ordusunda komanda-qərargah hərb oyunları başlayıb (FOTO/VİDEO)

Azərbaycan Ordusunun 2018-ci ilin hazırlıq planına əsasən noyabrın 12-də komanda-qərargah hərb oyunları (KQHO) başlayıb.

Bakı. Azərbaycan Ordusunun 2018-ci ilin hazırlıq planına əsasən noyabrın 12-də komanda-qərargah hərb oyunları (KQHO) başlayıb. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, döyüş əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyət səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsi məqsədilə keçirilən hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növləri və qismləri, eləcə də xüsusi təyinatlı qüvvələr cəlb edilib.