Expressbankda depozitlər indi daha çox gəlir gətirir!


Digərləri 12 Noy 2018 13:10:00 268 0

Expressbankda depozitlər indi daha çox gəlir gətirir!

Pullarınızı evdə deyil, bankda saxlamaq daha məqsədəuyğundur. Evdə saxlanılan pul nəinki pullarınızın və sağlamlığınızın təhlükəsizliyini şübhə altına alır, üstəlik inflyasiya səbəbindən bir neçə il sonra öz dəyərini itirmək təhlükəsi ilə üzləşir. Buna görə də daha sərfəlisi, pulları yüksək faiz dərəcələri təklif edən etibarlı bankda saxlamaqdır.

19-30 noyabr tarixlərində Expressbank sizə əmanətlərinizdən daha çox gəlir gətirə biləcək aksiya keçirir! Bu müddət ərzində bankda bütün manatla açılan yeni əmanət hesabları illik faiz dərəcəsinə +1% hədiyyə alacaqlar! Beləcə, 12 aylıq müddətə yerləşdirilən əmanətlərə müddətin sonunda 10,4 % deyil, 11,4% ilə , 24 aylıq müddətə yerləşdirilən əmanətlərə isə - 11% deyil, 12% ilə veriləcəkdir.

Təklif "Klassik" əmanət növü çərçivəsində keçərlidir. Əmanətin minimal məbləği - 500 manatdır.

Expressbank müxtəlif bank xidmətləri göstərən, 16 filialdan ibarət şəbəkəyə malik, ölkənin aparıcı banklarından biridir.