Bakıdan Pekinə və əks istiqamət üzrə uçuşlarda “AZAL”ın yeni aksiyası


Digərləri 12 Noy 2018 12:53:00 266 0

Bakıdan Pekinə və əks istiqamət üzrə uçuşlarda “AZAL”ın yeni aksiyası

"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar üzrə yeni aksiya barədə elan edir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, 2018-ci il dekabrın 1-dən 2019-cu il martın 26-dək yerinə yetirilən uçuşlarda ekonom-sinif üzrə aviabiletin tam dəyəri:

Bakı-Pekin-Bakı marşrutu üzrə - 399 avro,

Pekin-Bakı-Pekin marşrutu üzrə - 450 ABŞ dolları.

Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilib.

Qeyd edək ki, endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur. Aviabiletin dəyərinə pulsuz baqaj (23 kq-dək 1 yer), əl yükü (10 kq-dək, 55*40*23 sm-dək ölçüdə) və hava gəmisində isti yemək daxildir.

Endirimli qiymətlərlə aviabiletləri www.azal.az saytında , həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Balların avtomatik hesablanması məqsədilə, aviabilet alarkən müvafiq qrafada AZAL Miles proqramında iştirakçı nömrənizi qeyd etməlisiniz.