Qitənin aparıcı klublarından Zidana təklif


İdman 12 Noy 2018 12:55:00 247 0

Qitənin aparıcı klublarından Zidana təklif

Real-ın sabiq baş məşqçisi Zinəddin Zidan Avropanın 4 klubundan təklif alıb.

Goal.az xəbər verir ki, fransız gələn il yenidən Madrid klubuna qayıda bilər. Zidan Manchester United, Bayern MunchenPSG-nin də diqqət mərkəzindədir. Keçmiş futbolçu 2-ildən artıq Real-da çalışıb. Komanda onun rəhbərliyi altında 3 dəfə ÇL-nin qalibi olub. Bu ilin may ayında “kral klubu”ndan ayrılıb. 46 yaşlı mütəxəssisin Manchester United-lə danışıqlar apardığı deyilirdi. Lakin “qırmızı şeytanlar” mətbuatda yer alan informasiyanı təkzib etdi. Zidanın Juventus-da baş direktor ola biləcəyi də deyilir.