Qaxda evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb (FOTO)


Digərləri 12 Noy 2018 12:56:07 211 0

Qaxda evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb (FOTO)

Qaxda evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Bakı. Noyabrın 2-də Qax RPŞ-yə ərizə ilə müraciət edən rayon sakini Rəcəb Nəzirov evindən 3000 manat pul, tir tapançası, qızıl-zinət və digər məişət əşyalarının oğurlanması barədə məlumat verib. DİN Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin Qax rayon sakinləri əvvəllər məhkum olunmuş Səbuhi Məmmədov və İmeda Qamxaraşvili olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.